- Köhnə - Dünya
- 22 Sentyabr 2014 13:35
- 4 464
Moskvada Putin əleyhinə aksiya - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində minlərlə insan Ukraynada sülhün bərqərar olması üçün yürüş edib.
AzNews.az xəbər verir ki Ukraynada baş verən silahlı toqquşmaların başlanmasından sonra ilk dəfə olaraq yürüşün keçirilməsi üçün icazə verilib. Polislər təxminən 5 min insanın yürüşdə iştirak etdiyini söyləyib. Aksiyada Rusiya prezidenti Vladimir Putinin əleyhinə kəskin ifadələr işlədilib. Əllərində Ukrayna bayrağı olan insanlar "Yalançı Putin", "Ukraynanın yanındayıq", "Ukraynada döyüşlərə son" şüarları səsləndirib.
Qeyd edək ki Peterburq şəhərində də təxminən min nəfərin iştirak etdiyi yürüş keçirilib.
Nərmin Məmmədli
AzNews.az