Türkiyənin F-16 və F-4 hərbi təyyarələri İraq sərhədi yaxınlığındakı Hakkari əyalətində PKK üsyançıları hədəflərinə bomba zərbələri endiriblər. Türkiyənin F-16 və F-4 hərbi təyyarələri İraq sərhədi yaxınlığındakı Hakkari əyalətində PKK üsyançıları hədəflərinə bomba zərbələri endiriblər.

Turkiyə təyyarələri PKK-ya hava zərbələri endirdi

Türkiyənin F-16 və F-4 hərbi təyyarələri İraq sərhədi yaxınlığındakı Hakkari əyalətində PKK üsyançıları hədəflərinə bomba zərbələri endiriblər.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Hurriyet qəzeti yazıb və bildirib ki, Dağlıca kəndi ətrafında həyata keçirilən hava zərbələri "ağır itkilər"lə nəticələnib.

Qeyd edək ki, hər iki tərəf indiyədək atəşkəsə əməl edib və bu, 2013-cü ildən bəri PKK-ya qarşı ilk miqyaslı hava həmləsidir.

Türkiyənin Suriyanın Kobani şəhərinin müdafiəçilərinə kömək etməməsi kürdlər arasında qəzəb doğurub.

PKK ilə toqquşmalar sərhəddən xeyli aralıda yerləşən Tunceli bölgəsində də baş verib.
Dağlıca hava reydi PKK tərəfindən ucqar hərbi mövqelərdən birinin davamlı atəşə tutulmasına cavab addımı olub.

Türkiyə hərbi mövqesinin 3 gün ərzində qumbaraatan və avtomat atəşinə məruz qaldığını deyir.

Ankarının Kobani müdafiəçilərinə yardım etməməsilə bağlı kürdlərin çoxluq təşkil etdiyi cənub-şərq bölgələrində etiraz çıxışları baş verib. Ötən həftə yer alan küçə toqquşmaları nəticəsində ən azı 31 adam öldürülüb.

Bəzi bölgələrdə komendant saatı elan edilib.

Sentyabr ayının ortalarından kürdlərlə İD cihadçıları arasında Kobani şəhəri uğrunda döyüşlər davam edir.

Türkiyə PKK-nı terrorçu təşkilat hesab edir. Onun lideri məhbəsdədir. Hərçənd ki, 2012-ci ildən bəri həbsdə saxlanılan Abdullah Öcalan Türkiyə ilə sülh danışıqlarında PKK tərəfini təmsil edən əsas fiqurlardandır.

Şərqi Türkiyədə özünüidarəetmə uğrunda 30 ildir ki, silahlı mübarizə aparan PKK qərb ölkələri tərəfindən də terrorçu təşkilat kimi tanınıb.

Bu illər ərzində Türkiyənin şərqindəki qarışıqlıq 40 min adamın ölümünə səbəb olub.