İnternetdə Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun yaraqlılarla telefonla danışdığı haqda video yayılıb. İnternetdə Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun yaraqlılarla telefonla danışdığı haqda video yayılıb.

Kadırovun yaraqlılarla danışdığı haqda VİDEO yayıldı

İnternetdə Çeçenistan respublikasının prezidenti Ramzan Kadırovun yaraqlılarla telefonla danışdığı haqda video yayılıb.



AzNews.az xəbər verir ki, videoda Kadırov yaraqlılara deyib ki, müqavimət göstərməsinlər və danışığa başlasınlar.

Bəlli olub ki, Ramzan Kadırov telefonda yaraqlıya Qurani-Kərim kitabında olan ayələri pis başa düşdüyünü qeyd edib: "Kafirlərlə mübarizə aparmaq əvəzinə öz yaxınlarının qayğısına qalsa, daha yaxşıdır. Bax, bu Böyük Cihada aparan bir yoldur".

Kadırov etiraf edib ki, Qroznıda keçirilən antiterror əməliyyatı zamanı onun 22 yaşlı qohumu Umar Kadırov ölüb.

Qeyd edək ki, Qroznıda baş verən hadisə zamanı 11 terrorçu və 14 polis əməkdaşı dünyasını dəyişib. Xeyli sayda insanların isə yaralandığı deyilir.

Kadırov isə bu əməliyyatın hazırda Türkiyədə gizlənən Doku Umarovun qardaşı Əhməd tərəfindən təşkil edildiyini bildirib.