Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlə yetirilməsilə bağlı şok faktlar əldə edilib. Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlə yetirilməsilə bağlı şok faktlar əldə edilib.

ŞOK: Nemtsovun qətlindən öncə bəzi kameralar söndürülüb

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlə yetirilməsilə bağlı şok faktlar əldə edilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Kommersant" qəzeti yayıb.

Məlumata görə, Boris Nemtsovun qətlindən öncə həmin ərazidə olan müşahidə kameralarının bir hissəsi təmirə görə söndürülüb.

Qəzet yazır ki, əldə edilən videoların çoxu aydın görsənmir: "Bu da onu deməyə əsas verir ki, ərazidə olan kameraların bir çoxu həmin vaxt işləməyib".

Rusiyanın "TVÇ" telekanalı bu videolardan birinin əsasında reportaj hazırlayıb.

Qeyd edək ki, Boris Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində, körpünün üstündə naməlum şəxs tərəfindən qətlə yetirilib. Hadisə zamanı onun yanında olan ukraynalı qız xəsarət almayıb.