Türkiyənin Adana və Mersin şəhərlərində HDP rayon təşkilatının binalarında partlayış baş verib. Nəticədə 3 nəfər yaralanıb. Türkiyənin Adana və Mersin şəhərlərində HDP rayon təşkilatının binalarında partlayış baş verib. Nəticədə 3 nəfər yaralanıb.

Türkiyənin 2 şəhərində partlayış – Yaralılar var (VİDEO)

Türkiyənin Adana və Mersin şəhərlərində HDP rayon təşkilatının binalarında partlayış baş verib. Nəticədə 3 nəfər yaralanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Bu gün səhər saat 10.00 radələrində Adananın Camal Gürsel küçəsində HDP rayon rəhbərliyinin yerləşdiyi inzibati binanın 4-cü mərtəbəsində meydana gələn partlama ərazidə böyük panika yaradıb.

Partlayıcı maddə dünən ofisə göndərilən bir gül dəstəsinin içərisinə yerləşdirilibmiş.

Partlayışda HDP Seyhan rayonunun həmsədri Hüseyn Beyaz ilə ESP keçmiş rayon rəhbəri Sabahattin Pişkinbaş və İbrahim Yakut yaralanıb.


Partlayışdan sonra kiçik miqyaslı yanğın baş verib. Əraziyə yanğınsöndürənlər gəlib və yanğın söndürülüb. Bölgəyə sövq edilən polis dəstələri ətrafı nəzarət altına alıb.

Eyni dəqiqələrdə HDP Mersin Rayon Təşkilatının yerləşdiyi binada da güclü partlayış olub. Partlayışın səsi ətrafda böyük qorxu yaradıb.

image description image description image description image description image description image description