- Köhnə - Dünya
- 23 İyun 2015 14:58
- 2 912
Meksikada neft platformasında dəhşətli yanğın
Meksika körfəzindəki bir neft platformasında yanğın baş verib.
AzNews.az ans press-ə istinadən xəbər verir ki, hadisə "Pemeks" şirkətinə aid olan neft platformasında qeydə alınıb. Meksika körfəzinin cənub hissəsində baş verən partlayış nəticəsində neft platforması alışıb.
Meksika dövlət şirkətinin məlumatına görə, hazırda qəza baş verən ərazidəki yanğının vurduğu ziyan hesablanır. Bildirilir ki, platformada yanğın nəticəsində heç kim zərər çəkməyib. Üç işçi qısa zaman ərzində hadisə baş verən ərazidən təxliyyə edilib.
Partlayışın "Akal" yatağında baş verdiyi bildirilir.