- Köhnə - Dünya
- 8 İyul 2015 10:10
- 2 767
Qadın təsvirli dollar yaranacaq - Yaxın 5 ildə

ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton dollar əskinazlarından birinin üzərində qadın təsviri görmək istədiyi qeyd edib.
AzNews.az xəbər verir ki, Hillari Klinton CNN-ə verdiyi müsahibəsində bildirib ki, qadın rəsminin dollar əskinazlarının üzünü bəzəmək vaxtı çoxdan çatıb:"Mən istəyirəm ki, dollar əskinazlarından birinin üzərində qadın təsviri olsun".
Lakin, keçmiş dövlət katibi əskinaz üzərində məhz hansı qadının təsvirini görmək istədiyi qeyd etməyib.
Xatırladaq ki, əskinazlardan birinin qadın təsviri ilə dəyişdirilməsini bu ilin iyununda ABŞ-ın maliyyə naziri Ceykob Lyu təklif edib. Onun sözlərinə görə, nazirlik yaxın 5 ildə 10 dollarlıq əskinazları dəyişdirməyi planlaşdırır. Əskinaz üzərində hansı qadının təsviri olacağına isə vətəndaşlar qərar verəcəklər.
Lakin, Hillari Klinton qadın təsvirini 20 dollarlıq əskinazlarda görmək istədiyini bildirib. Belə ki, bu əskinazlar daha geniş yayılıb.
Aydan Axundova