Suriya prezidenti Bəşər Əl-Əsəd kütləvi amnistiya ilə bağlı sərəncam imzalayıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, amnistiya ağır cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə belə aid ediləcək.
Əsəd rejiminə qarşı çıxanların əfv olunacağı barədə isə hər hansı məlumat verilmir.