Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən parlament seçkilərində səs verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən parlament seçkilərində səs verib.

Ərdoğan da səs verdi - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən parlament seçkilərində səs verib.


AzNews.az xəbər verir ki, Ərdoğan səs verdikdən sonra jurnalistlərə açıqlama verib: "Bu gün təxminən 54 milyon vətəndaşımız səs verəcək. İyunun 7-də keçirilən seçkilərdən sonra sabit bir hökumət qurmaq mümkün olmayanda bu addımı atmalı olduq".



Türkiyənin baş naziri Əhməd Davudoğlu da anadan olduğu Konyada səs verib. Səs verdikdən sonra jurnalistlərə açıqlama verən baş nazir hər kəsi səs verməyə çağırıb: "Bütün millətimə müraciət edərək onları səs verməyə dəvət edirəm. Vətəndaşlarımız demokratiya uğrunda səs verməlidir. Ümumiyyətlə, demokratiyamıza sahib çıxmaq hamımızın vəzifəsidir. Millətimizə respublika bayramından sonra bir demokratiya bayramı olmasını diləyirəm".



Qeyd edək ki, Türkiyədə təkrar keçirilən parlament seçkisinə Türkiyə vaxtı ilə səhər saat 08:00-da start verilib.

Səsvermə 17:00-da sona çatacaq. Bu dəfəki növbədən kənar seçkidə ölkə daxilində 54 milyon, ölkə xaricində isə 3 milyon seçici səs verəcək. 26-cı çağırış Böyük Millət Məclisinə seçkilərdə 16 partiya iştirak edir. Seçkidə əsas mübarizə 4 siyasi partiya arasında gedir. Bunlar: hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası, Xalqların Demokratik Partiyasıdır.

Sevinc Yasinqızı