Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyənin bir sıra məmurlarının İŞİD-dən neft məhsulları aldığını iddia edib. Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyənin bir sıra məmurlarının İŞİD-dən neft məhsulları aldığını iddia edib.

Medvedev Türkiyəni İŞİD-ə dəstəkdə ittiham edir: “Terroristlərdən neft alırlar”

Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyənin bir sıra məmurlarının İŞİD-dən neft məhsulları aldığını iddia edib.


AzNews.az xəbər verir ki, bu barədə TASS sagentliyi məlumat yayıb. Medvedev bildirib ki, Türkiyə öz hərəkətləri ilə İŞİD yaraqlılarını müdafiə etdiyini nümayiş etdirib: "Buna görə də, Türkiyə məmurlarının İŞİD-ə məxsus müəssisələrdə istehsal olunan neft məhsullarını almaqda birbaşa maliyyə marağının olmasına dair məlumatlar şübhə doğurmur".

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin də Türkiyəni İŞİD yaraqlılarından neft almaqda günahlandırmışdı.

Aydan AXUNDOVA
AzNews.az