Almaniyanın Köln şəhərində 2 minə yaxın nümayişçi yanvarın 1-də miqrantların qadınlara hücum etməsi ilə əlaqədar etiraz aksiyası keçirir, Spiegel yazır. Almaniyanın Köln şəhərində 2 minə yaxın nümayişçi yanvarın 1-də miqrantların qadınlara hücum etməsi ilə əlaqədar etiraz aksiyası keçirir, Spiegel yazır.

Minlərlə insan etiraz etdi - Video, Foto

Almaniyanın Köln şəhərində 2 minə yaxın nümayişçi yanvarın 1-də miqrantların qadınlara hücum etməsi ilə əlaqədar etiraz aksiyası keçirir, Spiegel yazır.


Dərgi qeyd edir ki, əsasən qadınlardan ibarət olan etirazçılar şəhərin mərkəzində toplaşaraq, "Əllərinizi bədənlərimizdən çəkin" kimi şüarlar tutublar.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Eyni zamanda şənbə günü islama qarşı çıxış edən Pegida hərəkatının nümayişi nəzərdə tutulub.

Polisin məlumatına görə, Kölnün mərkəzində hərəkatın 250-yə yaxın nümayəndəsi toplaşıb.

Kölndə yürüş keçirəcək üçüncü qrup isə Pegida-nın əleyhinə çıxış edənlərdir. Hüquq-mühafizə orqanları bu qrupdan olanların sayının 1,5 min nəfərə yaxın olduğunu qeyd edir.

Hər üç qrupun müxtəlif marşrutlar üzrə yürüş edəcəyi, daha sonra isə şəhərin mərkəzinə qayıdacağı gözlənilir.

Şəhərdə ictimai asayişi qorumaq üçün 1,7 minə yaxın polis nəfəri cəlb edilib.