- EKONEWS
- 7 Fevral 2024 14:55
- 5 398
İlyas Hüseynov: "Övladlarımın xoşbəxt gələcəyi naminə səs verdim"
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətinin təhlil departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov 7 fevral növbədənkənar prezident seçkilərində vətəndaş hüququndan istifadə edərək səsvermədə iştirak edib.
AzNews.az xəbər verir ki, bunu İlyas Hüseynov feysbuk səhifəsində yazıb.
“19 saylı Nərimanov 1-ci seçki dairəsinin 25 saylı seçki məntəqəsində seçki hüququmdan istifadə etdim və mənəvi borcumu yerinə yetirdim. Övladlarımın sülh, təhlükəsizlik, sabitlik və dayanıqlı inkişaf şəraitində yaşaması və xoşbəxt gələcəyi naminə səs verdim”, - deyə o əlavə edib.