• EKONEWS
  • 7 Fevral 2024 15:40
  •  4 127

Niderlandda yaşayan Azərbaycan vətəndaşları da seçkilərdə iştirak edir

Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Niderlandda yaşayan Azərbaycan vətəndaşları da iştirak edir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev paylaşım edib.

O bildirib ki, saat 12:30 üçün olan məlumata əsasən, qeydiyyatdan keçmiş seçicilərin 25%-i səfirliyə gələrək səs verib.