- EKONEWS
- 7 Fevral 2024 18:52
- 4 016
TDT Baş katibinin müavini: Prezident seçkilərinin ölkənin bütün suveren ərazisində keçirilməsi qürurvericidir
Növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin ölkənin bütün suveren ərazisində keçirilməsi qürurverici hissdir.
Aznews.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Sədi Cəfərov bildirib.
O, Türkiyə ərazisində də seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:
“Hər şey Azərbaycanın Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq təşkil edilib. Biz də öz səsvermə hüququmuzdan istifadə etdik. Azərbaycan xalqı və dövlətçiliyinə xeyirli olsun”, - o deyib.