- EKONEWS
- 7 Fevral 2024 19:28
- 5 217
Çin mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqətdə saxlayır
Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə böyük maraq göstərir.
Aznews.az xəbər verir ki, dünyanın ən böyük informasiya agentliklərindən biri olan “Sinxua”, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, “China Media Group”, Çin Beynəlxalq Radiosu seçkilər barədə bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.
Materiallarda seçki prosesi ilə bağlı faktlar, o cümlədən seçicilərin və məntəqələrin sayı barədə məlumat verilib, səsvermə prosesini 90 mindən çox yerli və xarici müşahidəçinin izlədiyi qeyd olunub./AZƏRTAC