- EKONEWS
- 7 Fevral 2024 20:18
- 5 797
“Rəy” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini elan edib
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.
Nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb.
Mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib. Prosesdə ümumilikdə supervayzer və intervyüer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib.