• EKONEWS
  • 20 May 2024 16:23
  •  13 337

Latviya Prezidenti COP29-da iştirak edəcək

Latviya Prezidenti Edqars Rinkeviçs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də Azərbaycana səfər edəcəyini deyib.