Azərbaycanda 2025-ci ildə meşəbərpa tədbirlərinin həcmi 1,8 % azalıb

Azərbaycanda 2025-ci il ərzində əvvəlki ilin göstəricilərlə müqayisədə 7381,3 hektar sahə, başqa sözlə 1,8 % az meşə fondu ərazilərində meşəbərpa işləri reallaşdırılıb.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, 682,4 hektar ərazidə meşə əkinləri, 502,6 hektar ərazidə isə meşə səpinləri icra olunub. Bundan əlavə, 2 hektar sahədə meşə-bağlar salınıb, 8,3 hektar ərazidə sürətlə böyüyən ağac növlərindən ibarət sənaye təyinatlı plantasiyalar yaradılıb, habelə 6186 hektar sahədə təbii bərpanın dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Ümumilikdə isə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının ümumi sahəsi 17249,4 hektara çatıb.

Eyni zamanda, toxmacar və cavan bitki şitillərinin yetişdirilməsi üçün 16,5 hektar əraziyə toxum səpilib, 2 hektar sahəyə isə 127 min ədəd çilik əkilib.

Həmçinin, 2025-ci ildə meşə fondu ərazilərindən 105,5 ton meyvə, meşə-ağac və kol cinslərinin toxumları yığılıb ki, bu da əvvəlki ilin göstəricisindən 2,7 % azdır. Tədarük olunan toxumların 102,2 tonu meşə-ağac və kol növlərinin toxumlarının, 3,3 tonu isə meyvə ağacları toxumlarının payına düşüb.