27 yaşlı hücumçu artıq komandanı tərk edib. 27 yaşlı hücumçu artıq komandanı tərk edib.
  • Fanat
  • 16 Yanvar 2019 09:54
  •  1 259

Erməni futbolçu “Vorskla”dan qovuldu

27 yaşlı hücumçu artıq komandanı tərk edib.

Ukraynanın "Vorskla" klubu Ermənistan yığmasının futbolçusu Geqam Kadimyanla yollarını ayırıb.

27 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına aparılmayıb və artıq komandanı tərk edib.

Kadimyan mövsümün ilk yarısında cəmi 4 oyunda meydana çıxıb. Erməni forvard bunların yalnız 1-də start heyətdə yer alıb və məhsuldarlıqla yadda qalmayıb.

Qeyd edək ki, Geqam Kadimyan "Vorskla"ya 2017-ci ilin yayında keçib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la həm Bakıda, həm də Poltavada keçirilmiş oyunlarda forma geyinməyib.(report.az)

© AzNews.az