"Səbail" klubu növbəti yoxlama oyununu keçirib. "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.
  • Fanat
  • 24 Yanvar 2019 14:03
  •  1 499

“Səbail” Braziliya klubuna qalib gəldi

"Səbail" klubu növbəti yoxlama oyununu keçirib.

Türkiyənin Antalya bölgəsində təlim məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib.

Aftandil Hacıyevin baş məşqçi olduğu komanda Braziliyanın C Seriyasında çıxış edən "Raça Sport Klub"la üz-üzə gəlib.

Qarşılaşma qəsəbə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində 15-ci və 80-ci dəqiqələrdə Orxan Qurbanlı, 44-cü dəqiqədə isə Aqşin Qurbanlı fərqlənib.

Paytaxt təmsilçisi bu gün Qazaxıstan "Kaysar"ı ilə də qarşılaşacaq. Sözügedən matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, "Səbail" əvvəlki görüşlərində Macarıstan "Aqvital"ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlib və İsveçrə "Sürix"i ilə heç-heçə edib - 1:1.(report.az)

© AzNews.az