- Qərb
- 12:56
- 1 847
Avropa Birliyi Rusiyanın 20 bankına qarşı sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) Rusiyanın 20 bankına qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Avropa Şurasının saytında məlumat verilib.
Sənəddə deyilir ki, "Aİ 20 Rusiya bankı ilə əməliyyatlara qadağa qoyur".
Qeyd olunur ki, maliyyə institutlarına qoyulan məhdudiyyətlər bu ilin 14 may tarixindən qüvvəyə minəcək.
Bundan əlavə, Avropa sanksiyalarından yayınmaq və ya Rusiyanın maliyyə mesajlaşma sisteminə qoşulmaq üçün "üçüncü ölkələrdə" dörd maliyyə qurumu ilə əməliyyatlara qadağa qoyulub.
Mövsüm,
AzNews.az