Maqnus Karlsenin yenidən vahid liderə çevrilib. Maqnus Karlsenin yenidən vahid liderə çevrilib.
  • Fanat
  • 7 Aprel 2019 19:45
  •  1 696

"ShamkirChess2019": Azərbaycan şahmatçıları yenə heç-heçə oynayıblar

Maqnus Karlsenin yenidən vahid liderə çevrilib.

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində VII turun görüşləri baş tutub.

Milli komandamızın şahmatçıları bu dəfə də heç-heçə ilə kifayətləniblər.

Belə ki, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Dinq Lirenlə xalları yarı bölüb. Teymur Rəcəbov isə 7-cı matçında 7-ci heç-heçəsini edib. O, bu dəfə bolqarıstanlı Veselin Topalovla "sülh" bağlayıb.

Maqnus Karlsenin isə yenidən vahid liderə çevrilib. Aniş Giriyə qalib gələn norveçli xalını 5-ə çatdırıb.

VII tur
David Navara (Çexiya, 2739) - Sergey Karyakin (Rusiya, 2753) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2845) - Aniş Giri (Hollandiya, 2797) - 1:0
Vişvanatan Anand (Hindistan, 2779) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - Dinq Liren (Çin, 2812) - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 5 xal, Karyakin - 4,5, Anand, Qrişuk, Navara, Topalov, Rəcəbov, Liren - hamısı 3,5, Məmmədyarov - 2,5, Giri - 2.

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq. (ona.az)

AzNews.az