- Fanat
- 9 Aprel 2019 15:34
- 2 192
Argentina yığmasının baş məşqçisi qəzaya düşdü

Skaloni Malyorka şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib
Argentina millisinin baş məşqçisi Lionel Skaloni xoşagəlməz hadisə ilə üzləşib.
Argentinalı mütəxəssis qəzaya düşüb. Onun idarə etdiyi velosipedi avtomobil vurub. Qəza nəticəsində xəsarətlər alan 40 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilib. Başından və üz nahiyəsindən xəsarətlər alan mütəxəssisin vəziyyəti barədə heç bir açıqlama verilməyib. Onun durumunun ağır olduğu bildirilir.
Qeyd edək ki, Skaloni Malyorka şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.(qafqazinfo.az)
AzNews.az