2 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" hesabından məlumat verib. 2 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" hesabından məlumat verib.
  • Fanat
  • 18 Aprel 2019 20:12
  •  1 429

"Yuventus"un futbolçusu əməliyyat olunacağı üçün mövsümü başa vurdu

2 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" hesabından məlumat verib.

İtaliyanın "Yuventus" klubunun futbolçusu Sami Xedira yenidən əməliyyat olunacaq.

Bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" hesabından məlumat verib. O, bunun üçün mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.

Xedira bildirib ki, 4 aylıq diz ağrısından sonra tam bərpa olunmaq üçün əməliyyat keçirmək qərarına gəlib: "Əməliyyat növbəti iki həftə ərzində planlaşdırılır. Hazırda 100 faiz hazır olaraq geri qayıtmaq üçün yeni mövsümü səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Sami Xedira bu mövsüm bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib və 2 qol vurub. (report)

AzNews.az