"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib "Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib
  • Fanat
  • 23 İyun 2019 14:00
  •  2 260

Rüstəm Orucov olimpiya çempionuna qalib gəldi

"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib

Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb.

28 yaşlı idmançı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb.

Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi Din Yaakov Gemer olacaq.

Əvəzində qadınların yarışında Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.(report.az)

AzNews.az