Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir
  • Fanat
  • 9 İyul 2019 17:55
  •  2 177

Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başladı

Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir

Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb.

Argentinanın Rosario şəhərindəki restoran evsiz insanlara pulsuz xidmət etməyə qərar verib.

Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir. Restoranın meneceri Ariel Almada bildirib ki, pulsuz xidmət 15 gün olacaq: “Bəzilərinə qəhvə, bəzilərinə alkoqolsuz içki, hətta çaxır da veririk. Bizə çox sayda insan müraciət edir və onlar özlərini çox yaxşı aparırlar. Bu aksiya hər gün saat 19:00-dan 21:00-a kimi davam edəcək”.(apa.az)

AzNews.az