• Fanat
  • 31 İyul 2019 21:44
  •  3 802

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatında daha bir medal qazanıb

Yığmanın heyətində Murad Haqverdiyev fəxri kürsüyə yüksəlib.

45 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi bürünc medala yiyələnib. Qırğızıstan təmsilçisi Vladislav Nikandrov ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub.