Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ikinci oyununu keçirib Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ikinci oyununu keçirib
  • Fanat
  • 25 Avqust 2019 19:20
  •  1 090

Millimiz məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında ikinci oyununu keçirib

Aznews.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanan görüş hollandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan – Hollandiya - ​0:3 (15:25, 23:25, 23:25)

Budapeşt, "Papp Laslo Sportarena".

Qeyd edək ki, millimiz ilk matçda Xorvatiyanı 3:2 hesabıyla məğlub edib. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.