5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər 5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər
  • Fanat
  • 6 Noyabr 2019 10:20
  •  2 335

Bu gün "Qalatasaray"ın taleyi həll oluna bilər - Çempionlar Liqası

5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçiriləcək.

İkinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Real Madrid"lə üz-üzə gələcək. Fatih Terimin baş məşqçisi olduğu komanda bu turda məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcək.

İstanbul təmsilçisinin heyətində zədəli futbolçular Şener Özbayraklı və Radamel Falkao qarşılaşmanı buraxacaq. Meydan sahiblərindən isə Naço və hələ zədəsini tam sağaltmayan Qaret Beylin meydana çıxmayacağı dəqiqdir.

A qrupunun digər matçında PSJ Fransada Belçika "Brügge"sinə qalib gəlsə, vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edəcək.

Eyni nailiyyətə B qrupunda Almaniya "Bavariya"sı nail ola bilər. Niko Kovaçı baş məşqçi postundan istefaya göndərən klub hələ ona əvəz tapmasa da, Yunanıstan "Olimpiakos"u ilə görüşdə qələbə sayəsində mərhələ adlayacağına ümid edir.

Oxşar vəziyyət C qrupunda da yaranıb. "Mançester Siti" sona 2 tur qalmış qrupdan çıxmaq üçün İtaliyada "Atalanta"ya qalib gəlməlidir.

D qrupunda isə şərikli liderlər səfərə çıxacaqlar. İspaniya "Atletiko"su Almaniyada "Bayer"i, İtaliya "Yuventus"u isə Rusiyada "Lokomotiv"i yensə, növbəti mərhələyə yüksələcək.

Beləliklə, bu gün 5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Çempionlar Liqası

II tur

6 noyabr

A qrupu

24:00. PSJ (Fransa) - "Brügge" (Belçika)

24:00. "Real Madrid" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

Xal durumu: PSJ – 9, "Real Madrid" - 4, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrupu

21:55. "Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)

24:00. "Srvena Zvezda" (Serbiya) - "Tottenhem" (İngiltərə)

Xal durumu: "Bavariya" - 9, "Tottenhem" - 4, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

24:00. "Atalanta" (İtaliya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 9, "Dinamo" - 4, "Şaxtyor" - 4, "Atalanta" - 0.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Yuventus" (İtaliya)

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Atletiko" - 7, "Yuventus" - 7, "Lokomotiv" - 3, "Bayer" - 0.

AzNews.az