- Fanat
- 17 Noyabr 2019 15:27
- 2 282
Azərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşib
Səbəb kimi onun zədəli olması göstərilib
Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
AFFA-nın rəsmi saytının məlumatına görə, "Qarabağ"dan dəvət almış müdafiəçi Maksim Medvedevin Slovakiyaya aparılmaması qərara alınıb. Səbəb kimi Medvedevin zədəli olması göstərilib.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiyaya bu gün yollanacaq. Oyun isə noyabrın 19-da Trnava şəhərində olacaq.
AzNews.az