Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər
  • Fanat
  • 25 May 2020 12:39
  •  4 874

Futbolçular karantini pozduqları üçün üzr istədilər

Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər

İspaniyanın “Sevilya” klubunun futbolçuları Ever Baneqa, Lukas Okampos, Franko Vaskes və Lük de Yonq karantin qaydalarını pozduqları üçün üzr istəyiblər.

AzNews.az xəbər verir ki, oyunçuların yol verdikləri pozuntu faktını Baneqanın xanımı açıqlayıb.

O, futbolçulardan birinin evindəki görüşdən fotonu sosial şəbəkələrdə paylaşıb. Fotoda 12 nəfər əks olunub. Halbuki İspaniya hakimiyyətinin qərarına əsasən, həyət evlərində 10-dan çox insanın iştirakı ilə görüşlər qadağan edilib.

Foto artıq KİV-də yayılıb. Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər.