Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib
  • Fanat
  • 2 İyul 2020 23:39
  •  6 185

“Real”dan “İnter”ə 45 milyonluq transfer

Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AzNews.az xəbər verir ki, Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib.

Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

“İnter” 21 yaşlı oyunçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Madrid təmsilçisinin əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı var.