- Fanat
- 6 Sentyabr 2020 14:19
- 3 927
Messi növbəti dəfə “Barselona”nın məşqinə qatılmadı

O, 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb
“Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə klubun təlim-məşq toplanışında iştirak etməyib.
AzNews.az xəbər verir ki, ulduz futbolçu “Barselona”nın məşqlərində iştirak etmək üçün COVID-19 testindən keçməli idi, lakin argentinalı hücumçu klubun bazasına gəlməyib.
Xatırladaq ki, daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu qərarını dəyişib.
O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.