Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək
  • Fanat
  • 10 Oktyabr 2020 19:45
  •  5 023

Millimiz Monteneqroya uduzdu

Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

AzNews.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gəlib. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, millimiz ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.

Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

10 oktyabr

Monteneqro – Azərbaycan 2:0 (2-ci hissə)
Qol: S.Yovetiç, 9. İ.İvanoviç, 71.

Podqoritsa. Şəhər stadionu.

Baş hakim: Rikardo Benqoeçea (İspaniya).