Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib
  • Fanat
  • 20 Dekabr 2020 13:45
  •  5 774

"Bavariya" 2019/2020 mövsümündən xeyirlə çıxdı

Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib

Almaniyanın "Bavariya" futbol klubu ötən mövsümü müsbət saldo ilə başa vurmağı bacarıb.

AzNews.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, koronavirus pandemiyasına üzündən maliyyə itkilərinə rəğmən mümkün olub.

Münhen təmsilçisinin 2019/2020 mövsümündə xalis gəliri 9,8 milyon avro təşkil edib. Klubun İdarə Heyətinin sədri Karl-Haynts Rummenige deyib ki, "Bavariya" martın 8-dən ev oyunlarını azarkeşsiz keçirib. Bununla belə, təkcə komandanın möhtəşəm nailiyyətləri ilə deyil, çoxlu sosial və ictimai təşəbbüs sayəsində böhrandan xeyirlə çıxa biliblər.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Bavariya" Almaniya çempionu, ölkə Kuboku və Super Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunın qalibi olub.