F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb
  • Fanat
  • 21 Aprel 2021 16:07
  •  6 457

Millimizin oyununa türk hakim təyinat aldı

F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Monteneqro, Gürcüstan və Yunanıstana qarşı matçlarını idarə edəcək hakimlər açıqlanıb.

AzNews.az-ın məlumatına görə, F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb.

Görüşlərdə ədaləti Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) qoruyacaqlar.

Qeyd edək ki, təsnifat mərhələsində I dövrənin oyunları 7 - 9 mayda Gürcüstanda, II dövrənin matçları isə 14 - 16 mayda Monteneqroda təşkil olunacaq. Azərbaycan millisi ilk görüşünü mayın 7-də Monteneqroya qarşı keçirəcək.