İlk pillədə Fransa PSJ-sinin hücumçusu qərarlaşıb ki, onun qiyməti... İlk pillədə Fransa PSJ-sinin hücumçusu qərarlaşıb ki, onun qiyməti...
  • Fanat
  • 13 May 2021 18:55
  •  7 221

Dünyanın ən bahalı futbolçuları - SİYAHI

İlk pillədə Fransa PSJ-sinin hücumçusu qərarlaşıb ki, onun qiyməti...

Niderlandın KPMG auditor şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını təqdim edib.

Aznews.az xəbər verir ki, məbləğ bir neçə amilə görə hesablanıb. Bura oyunçunun səviyyəsi, onun statusu, müqaviləsinin müddəti və hazırkı forması daxildir.

İlk pillədə Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun qiyməti 189 milyon avrodur.

Almaniyanın "Borussiya" (Dortmund) komandasının forvardı Erlinq Holann (131 milyon avro) ikinci, İngiltərə "Tottenhemi"inin kapitanı Harri Keyn (127 milyon avro) isə üçüncüdür.

PSJ-nin digər qolçusu Neymar (116 milyon avro) isə 6-cı sırada qərarlaşıb.