- Fanat
- 23 Avqust 2022 22:15
- 7 930
Çimərlik futbolu üzrə Azərbaycan millisi İrana uduzub
Azərbaycan seçməsindən Elçin Qasımov və Ramil Əliyev fərqlənib
İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə yoldaşlıq oyunu keçirib.
Aznews.az xəbər verir ki, qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan seçməsindən Elçin Qasımov və Ramil Əliyev fərqlənib.
Milli komanda avqustun 24-ü və 25-də İran yığmasına qarşı daha iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.