• Fanat
  • 19 Avqust 2023 12:18
  •  12 973

Azərbaycan təmsilçisi Ümumdünya Şahmat Olimpiadasında qızıl medal qazanıb

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Aznews.az-ın məlumatına görə, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.