- Fanat
- 15:25
- 1 662
"Böyük İpək Yolu" turnirinin çempionlarının hədəfi nüfuzlu yarışlarda da uğur qazanmaqdır
Bakıda keçirilmiş ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçuları Amin Məmmədzadə (55 kq) və Sübhan Mamedovun əsas hədəfi nüfuzlu yarışlarda da uğur qazanmaqdır.
Aznews.az xəbər verir ki, İdmançılar bu barədə açıqlama veriblər.
A.Məmmədov yarışa çox yaxşı hazırlaşdığını söyləyib:
"Qalib gələcəyimə inanırdım. Üç döyüşdə qələbə qazanaraq qızıl medala sahib çıxdım. Böyüklər arasında Avropa çempionatında iştirak etmək niyyətindəyəm. Orada da medal qazanmaq və Azərbaycan bayrağını yüksəltmək istəyirəm".
S.Məmmədov da komanda yoldaşı kimi hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:
"Hər üç qarşılaşmada rəqiblərimi məğlub etməyi bacardım. Bunun üçün sevinirəm. Artıq ikinci dəfədir ki, bu turnirdə çempionluq sevinci yaşayıram. Aprelin 20-də Braziliyada Dünya Kuboku keçiriləcək. Bu nəticəni orada da təkrarlamaq istəyirəm".
Xatırladaq ki, Azərbaycan millisi Bakı Boks Mərkəzində yarışda 21 medalla (6 qızıl, 5 gümüş, 10 bürünc) komanda hesabında birinci yeri tutub və "Böyük İpək Yolu" kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, "üçlüy"ü Türkiyə (3-0-3) qapayıb.