"Liverpul" Marko Palestra üçün digər klublarla rəqabətə qoşulub

İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "Atalanta"nın futbolçusu Marko Palestranı heyətinə qatmaq üçün mübarizəyə qoşulub.

Aznews.az xəbər verir ki, icarə əsasında "Kalyari"də çıxış edən 21 yaşlı oyunçu bir neçə aparıcı klubun diqqətini cəlb edib.

Sağ cinah müdafiəçisini İspaniya təmsilçisi "Barselona" da heyətinə qatmaq niyyətindədir.

Bundan əlavə, "Arsenal", "Mançester Yunayted" və "Çelsi" də onun vəziyyətini izləyir. Bu da danışıqları ciddi şəkildə çətinləşdirə bilər.

Xatırladaq ki, "Atalanta"nın yetirməsi olan Marko Palestra 2023-cü ildə əsas komandaya cəlb olunub.