- Fanat
- 18:11
- 834
"Yuventus" Luçano Spalletti ilə müqavilənin müddətini 2028-ci ilədək uzadıb
İtaliyanın "Yuventus" klubu baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.
Aznews.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. 67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatmalı idi.
Qeyd edək ki, L.Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.