- Köhnə - Hadisə
- 4 Fevral 2016 09:59
- 3 216
Dəmiryol xəttinin yaxınlığında yanğın baş verdi

Bakı şəhərində dəmiryol xəttinin yaxınlığında yanğın olub.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı dəmiryol xətti yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.