20000 manatlıq qızıl oğurlayan şəxslər tutuldu

Gəncə şəhər sakini Ş.Hüseynovaya məxsus evdən oğurluq edən beş şəxsdən dördü tutulub, digəri isə müəyyən edilib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər sakini Şəfəq Hüseynovaya məxsus evdən 50 manat və 20000 manat dəyərində qızıl əşyalar oğurlayan həmyerliləri, əvvəllər məhkum olunan Zaur Mehdiyev, Seymur Mədətov, Vaqif Bəhlulzadə, Göygöl rayon sakinləri İsmət Musayev tutulub, daha 1 nəfər isə müəyyən edilib.