Masallı rayon sakini bədbəxt hadisə ilə üzləşib. Masallı rayon sakini bədbəxt hadisə ilə üzləşib.

Ot yığan kişi ayaqlarını itirdi - Masallıda

Masallı rayon sakini bədbəxt hadisə ilə üzləşib.


Rayonun Polis İdarəsindən verilən məlumata görə, Xallıcalı kəndində kənd sakini 30 yaşlı Teymur Mirzəyev traktorla ot presləri bağlayarkən texnikada nasazlıq yaranıb. O, traktoru işlək vəziyyətdə qoyub texnikadakı nasazlığı aradan qaldırmaq üçün pres bağlayan aparatın üzərində işləməyə başlayıb. Elə bu vaxt texnika hərəkətə başlayıb və onun ayağı aparatın dişlərinin arasında qalıb.

Hər iki ayağından ciddi xəsarət alan T. Mirzəyev dərhal xəstəxanaya aparılıb. Həkimlər onun hər iki ayağının amputasiya olunmasına qərar veriblər və 30 yaşlı kişinin ayaqları kəsilib.

Faktla bağlı Masallı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir neçə gün əvvəl də hərəkət edən traktor Şəmkirdə bədbəxt hadisəyə səbəb olub. Şiştəpə kənd sakini 1958-ci il təvəllüdlü Zakir Qərib oğlu İbadullayev ailəsi ilə birgə Qasımalılar kəndi yaxınlığına istirahətə gedib. Bir müddət istirahət edən ailə üzvləri kəndə qayıtmaq qərarına gəliblər.

İçkili olan Zakir İbadullayev ailə üzvlərinə onları istirahətə gətirdiyi traktorunu işə salmağa getdiyini deyib. Traktoru işə salmaq üçün onun təkərlərindən itələməyə başlayıb. Elə bu vaxt ayağı sürüşən kişi traktorun qoşqusunun təkərləri altına düşüb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Anspress.com