Azərbaycanda kişi maşında yanaraq həyatını itirib. Hadisə Ağsu-Kürdəmir-Ağsu maqistral yolunun Kürəmirin Atakişi kəndindən keçən hissəsində qeydə alınıb. Azərbaycanda kişi maşında yanaraq həyatını itirib. Hadisə Ağsu-Kürdəmir-Ağsu maqistral yolunun Kürəmirin Atakişi kəndindən keçən hissəsində qeydə alınıb.

Dəhşətli qəza - Sürücü yanaraq öldü

Azərbaycanda kişi maşında yanaraq həyatını itirib. Hadisə Ağsu-Kürdəmir-Ağsu maqistral yolunun Kürəmirin Atakişi kəndindən keçən hissəsində qeydə alınıb.


Kürdəmir Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Əli Həsən oğlu Qaraşov özünə məxsus "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən maşının radiatoru qızma nəticəsində yanmağa başlayıb.

Maşından düşərək yanğının qarşısını almağa çalışan kişi bunu bacarmadıqda, avtomobilə əyləşərək onu yaxınlıqdaki kanala sürməyə ora maşını kanala aşırmaq istəyib. Lakin o nəqliyyat vasitəsinə əyləşib idarə etdiyi zaman yanğın daha da şiddətlənib və yanar konstruksiyalar od tutub. Maşında qalıb yanıq xəsarəti alan Əli Qaraşov dərhal xəstəxanaya yerləşdirilib. Ona həkim yardımı göstərilməsinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.


Anspress.com