Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Ağcabədidə ağır qəza - 2 nəfər öldü

Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 7-də saat 17 radələrində Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinləri, rayon sakini Şəhriyar Dədəkişiyev və Ağcabədi şəhər sakini Mətanət Məmmədova xəstəxanaya yerləşdiriliblər.

V.Hüseynquliyev və Ş.Dədəkişiyev orada ölüblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.