- Köhnə - Hadisə
- 5 Dekabr 2016 10:43
- 4 464
Bakıda zavoda basqın - Mühafizəçilər ağır yaralandı
Bakıda zavoda basqın olub.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri - 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axytarışları davam etdirir.
AzNews.az