Məşhur aparıcını ilan sancdı - Bakıya gətirilir

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Bu barədə AzNews.az-a aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Onun sözlərinə görə, hadisə Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı baş verib:

“İlqarı ilan sancıb. İlanı tuta bilmədik, qaçdı. Amma ilanın görüntüləri kameraya düşüb. Onun hansı növ olduğu aydınlaşacaq. Verilişin sponsoru olan klinikanın həkim briqadası İlqara ilk tibbi yardımı göstərib”.

Zülfiyyə Bayramova qeyd edib ki, hazırda İlqar Mikayıloğlu Bakıya gətirilir: “Həkimlər deyirki, İlqarın vəziyyəti yaxşıdır. Amma, sonra onun vəziyyətinin necə olacağı haqqında əvvəlcədən heç nə deyə bilmərik”.

Bahar RÜSTƏMLİ

AzNews.az