Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağır yol qəzası - Ölən və yaralananlar var

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 14-də saat 18 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində rayon sakini Əli Ağayev idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan sərnişinlərdən azyaşlı qız Fatimə hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.